IQNA

Tunis Quran yarışlarının nəticələri elan edildi

19:27 - December 13, 2018
Xəbər sayı: 3484339
Tunisin Qurani-Kərimin hifzi, qiraəti, təfsiri və təcvidi üzrə 16-cı beynəlxalq yarışları həftənin birinci günü başa çatıb. Yarışda Türkiyə və İran nümayəndələri müştərək olaraq ikinci yeri qazanıblar.

Tunis Quran yarışlarının nəticələri elan edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisin Qurani-Kərimin hifzi, qiraəti, təfsiri və təcvidi üzrə 16-cı beynəlxalq yarışları həftənin birinci günü, 10 Dekabr 2018-ci il, başa çatdı.
Bu yarışların nəticələri bu gün, həftənin Cüməaxşamı günü, 13 Dekabr 2018-ci il, Tunisin dini işlər naziri Əhməd Əzumun iştirakı ilə keçirilən yekun mərasimində elan edildi.
Yarışlarda Quranın hifzi və təfsiri ixtisası üzrə Məhəmməd Əbdülqadir Müərrif (Tunis) birinci yeri, İbrahim Yusif Adəm Saleh (Tunis) ikinci yeri və Məhəmməd Mustafa Müctəba (Mavritaniy) ikinci yeri əldə ediblər.  
Qurani-Kərimin qiraət və təcvid ixtisası üzrə yarışlarında Əbdülcəlil Buoski (Məğrib) birinci yeri, Məhəmməd Həsən Müvəhhidi (İran) və Lütfi Turhan (Türkiyə) müştərək olaraq ikinci yerləri qazanıblar.
http://iqna.ir/fa/news/3772159

Teqlər: iqna ، tunis ، iran ، türkiyə ، quran yarışları
captcha