IQNA

Türkiyədə Quran və Azan yarışları keçirildi

19:46 - December 13, 2018
Xəbər sayı: 3484340
Türkiyənin Bingöl əyalətində şagirdlər arasında Qurani-Kərimi qiraəti və Azan yarışları keçirilib. Karlıova şəhərinin şagirdləri Qurani-Kərimin qiraəti və Azan demək üzrə bir-biri ilə yarışıblar.

Türkiyədə Quran və Azan yarışları keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Bingöl əyalətində şagirdlər arasında Qurani-Kərimi qiraəti və Azan yarışları keçirilib.

Türkiyənin Bingöl əyalətinin Karlıova şəhərinin şagirdləri Qurani-Kərimin qiraəti və Azan demək üzrə bir-biri ilə yarışıblar.

Türkiyənin Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən bu yarışlarda Bingöl əyalətinin müxtəlif şəhərlərinin məktəbləri iştirak ediblər.

Şagirlədin yarışlarını izləyən hakimləri heyəti Qurani-Kərimin qiraəti və Azan üzrə qalibləri elan ediblər.

Yarışda iştirak edən bütün şagirdlərə hədiyyələr verilib və qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, son illərdə Türkiyə cümhuriyyətinin müxtəlif şəhərlərində Quran sahəsində faəliyyətlər genişləndirilib. Bingöl əyalətində keçirilən bu yarışlar da həmin fəaliyyətlərin davamıdır.  

http://iqna.ir/fa/news/3772073

Teqlər: türkiyə ، azan ، Bingöl
captcha