IQNA

İndoneziya Uyğur müsəlmanları müdafiə edib

22:47 - December 14, 2018
Xəbər sayı: 3484346
İndoneziyanın parlamenti Uyğur müsəlmanların Çində işkəncələrə, əzab və əziyyətlərə məruz qalmasına rekasiya verib və Çindən bu vəziyyətə son qoyulmasını tələb edib.  

İndoneziya Uyğur müsəlmanları müdafiə edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın parlamenti Uyğur müsəlmanların Çində işkəncələrə, əzab və əziyyətlərə məruz qalmasına rekasiya verib və Çindən bu vəziyyətə son qoyulmasını tələb edib.  
İndoneziya parlamentinin xarici əlaqələr komissiyası dövlətdən tələb edib ki, Çinin Şərqi Türküstanda zülmə məruz qalan Uyğur müsəlmanlara qarşı ayrıseçkilik və irqçi siyasəti qarşısında strateji mövqe bildirsin.
Parlamentin xarici əlaqələr komissiyası bəyaniyyə yayaraq İndoneziya dövlətindən istəyib ki, diplomatik yol ilə Uyğur müsəlmanların vətəndaşlıq hüquqlarının tapdalanmasının qarşısını alsın.
Həmçinin İndoneziya xarici əlaqələr komissiyası dünyanın müsəlman ölkələrini Uyğur müsəlmanlarını ciddi şəkildə dəstəkləməyə dəvət edib.
Qeyd edək ki, hazırda Çinin Şərqi Türküstan adlanan Sincan əyalətində 10 milyon Uyğur müsəlman yaşayır. Çin dövləti bu milli və dini azlığa qarşı dini və iqtisadi zəmində ayrıseçkilik edir.  
http://iqna.ir/fa/news/3772238

Teqlər: çin ، uyğur ، indoneziya ، türküstan
captcha