IQNA

Əlcəzayirin işğalçılara qarşı Qurani dayanışı

8:49 - January 13, 2019
Xəbər sayı: 3484516
Əlcəzayirin Beyz şəhərinin "əl-Müvəhhidin" məscidi bu müsəlman xalqın işğalçı müstəmləkəçilərə qarşı Qurani dayanışının və müqavimətinin yadigar mirası və bu millətin 132 illik müqavimətinin şahididir.

Əlcəzayirin işğalçılara qarşı Qurani dayınışıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-bəyan" qəzetinə istinadla verdiyi xəbərə görə, Əlcəzayirin Beyz şəhərinin "əl-Müvəhhidin" məscidi bu müsəlman xalqın işğalçı müstəmləkəçilərə qarşı Qurani dayanışının və müqavimətinin yadigar mirasıdır.

Əlcəzayirin paytaxtının 800 km. cənub-qərbində Beyz şəhərində yerləşən bu məscid Fransızların Əlcəzayirə hücumları zamanı yerin 6 metr dərinliyində tikilmiş və Quranın öyrənilməsi və əzbərlənilməsi adətini qoruyub saxlamışdır.  

Altı metr yerin dərinliyində tikilən bu məscidin sahəsi 200 metrdir. Əlcəzayirin yeganı zirzəmi məscidi olan bu ibadət və təhsil ocağının kiçik bir giriş qapısı vardır. Namazqılanlar bu qapıdan pilləkanların vasitəsi ilə məscidə enirlər.

"Müvəhiddin" məscidi Fransanın Əlcəzayiri işğal etməsinin və bu millətin 132 illik müqavimətinin şahididir.

Fransa Əlcəzayiri işğal edərək bu ölkədə müsəlman və Ərəb kimliyi məhv etmək istəyirdi. Buna görə də 1930-cu ildə ölkədə Qurani-Kərimin öyrədilməsini, dini ayinlarin icrasını və Ərəb dilinin öyrənilməsinin qadağan etdi. Məscidləri ya dağıtdı, ya da kilsə və kənisəyə (senaqoq) çevirdi. Belə bir böhrani zamanda Beyz şəhərinin din alimi Şeyx Məhəmməd bin Bəhus zirzəmində gizli bir məscidin tikilməsi barədə göstəriş verdi. Zirzəmində təsis edilən bu məscid həm ibadət ocağı idi, həm Quranın öyrədilməsi məkanı və həm də müqavimətçilərin sığınacaq yuvası idi.

Fransızların işğalı qarşısında müqavimət simvolu olaraq tikilən bu məscid elə həmin işğalda olduğu müddətdə 375 nəfər Quran haifizi məzun etdi. Onların çoxu Əlcəzayirin azadlığı üçün vuruşan silahlı qüvvələrə qoşuldular.   

http://iqna.ir/fa/news/3780514

ابتکار الجزایری‌ها برای آموزش قرآن در زمان استعمار فرانسه

ابتکار الجزایری‌ها برای آموزش قرآن در زمان استعمار فرانسه

ابتکار الجزایری‌ها برای آموزش قرآن در زمان استعمار فرانسه

captcha