IQNA

ISESCO İsrailin tarixi Quran sərgisinə münasibət bildirdi

23:24 - January 13, 2019
Xəbər sayı: 3484519
ISESCO Mərakeşə aid qədim və tarixi Quran nüsxəsinin sionist və işğalçı İsrail kitabxanalarından birində sərgiyə çıxarılmasına reaksiya verərək bu işin bir növ "oğurlu" olduğunu vurğulayıb.

ISESCO İsrailin tarixi Quran sərgisinə münasibət bildirdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ISESCO (İslami Təhsil, Mədəniyyət və Elmlər Təşkilatı) Mərakeşə aid qədim və tarixi Quran nüsxəsinin İsrail kitabxanalarından birində sərgiyə çıxarılmasına reaksiya verərək bu işin bir növ "oğurlu" olduğunu vurğulayıb.

Əbdüləziz Tüvəyciri (İslami Təhsil, Mədəniyyət və Elmlər Təşkilatının baş katibi) İSESCO-nun Mərakeşin Ribat şəhərindəki qərargahında keçirdiyi mətbuat konfransında sionistlərin bu addımını oğurluq hesab edərək İslami ölkələrdən istəyib ki, 2019-cu ilin "İslam Dünyasının Mədəniyyət İrsi İli" adlandırılması münasibəti ilə Qüds şəhəri həftəsi keçirsinlər.

Qeyd edək ki, İsrailin milli kitabxanası kitbaxananın rəsmi sosial şəbəkələrində Qurani-Kərimin qədim və nadir nüsxələrindən birinin fotolarını paylaşıb. Bu Quran nüsxəsi "mürəbbə" (kvadrat) formasında yazılıb və hər səhifəsi 17 sətr olan ən qədim Quran nüsxələrindən biri sayılır. Mərakeşə aid ilan bu Quran nüsxəsinin 10 əsr tarixi vardır.  

Bu məsələ isə sosial şəbəkə istifadəçiləri arasında etiraza səbəb olub. İsrail ilə əlaqələrin sadələşdirilməsi və adiləşdirilməsinə etiraz kampaniyasının üzvləri, mərakeşli ictimai aktivistlər və İsrail ilə əlaqələrin adiləşdirilməsi ilə mübarizə gözətçisi bunu tarixi oğurlamaq aldandırıblar. Sosial şəbəkə aktivistləri Mərakeş dövlətindən, xüsusi ilə də milli sənədlər arxivinin məsullarından həmin nüsxənin geri alınması tələb ediblər.    

http://iqna.ir/fa/news/3780387

captcha