IQNA

Fələstin beynəlxalq ictimaiyyətin dəstəyini istəyir

8:37 - January 14, 2019
Xəbər sayı: 3484521
İşğalçı sionist rejiminin bu hərbi təlimləri keçirməkdə əsas hədəfi fələstinli kəndçiləri evlərini və kəndlərini tərk etməyə məcbur etmək və daha sonra həmin ərazilərə yəhudiləri yerləşdirməkdir.

Fələstin beynəlxalq ictimaiyyətin dəstəyini istəyirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin bazar günü, 13 Yanvar 2019-cu il, Fələstinin xarici işlər naziri sionist rejiminin son zülm və təcavüzlərinə işarə edərək beynəlxalq ictimaiyyətdən dəstək istədi.

Fələstinin xarici işlər nazirliyinin bəyaniyyəsində sionist rejimin Fələstinin Tubas əyalətinin Əbziq şəhərində yaşayan 13 ailəni hərbi manevr keçirilməsi bəhanəsi ilə evindən çıxmağa məcbur etməsini və habelə sionist rejiminin fələstinli ailələrə şifahi şəkildə evini tərk etmək üçün vaxt təyin etməsini məhkum edib.

Bəyaniyyədə qeyd olunur ki, İsrail rejimi keçən ay ərzində digər üç fələstinli ailəni də müxtəlif bəhanələrlə evini tərk etməyə məcbur etmişdir.

Sionist rejimi fələstinlilər yaşayan ərazilərdə hərbi təlimlər keçir, kəndçilərin evini dağıdır, təlimlərdən sonra qalan hərbi sursatlar isə kənçilərin uşaqları, əkin sahələri və heyvanları üçün ciddi təhlükə yaradır.   

İşğalçı sionist rejiminin bu hərbi təlimləri keçirməkdə əsas hədəfi fələstinli kəndçiləri evlərini və kəndlərini tərk etməyə məcbur etmək və daha sonra həmin ərazilərə yəhudiləri yerləşdirməkdir.

Sionist İsrail rejiminin Fələstinin Tubas və Şimali Əğvar regionunda 7 hərbi düşərgəsi və 11 hərbi şəhərciyi var.

Fələstinin xarici işlər naziri işğalçı sionist rejiminin fələstinliləri evlərini tərk etməyə məcbur etməsini irqçi təcavüz hesab edərək beynəlxalq ictimaiyyətdən Fələstinə dəstək olmalarını istədi.

http://iqna.ir/fa/news/3780981

Teqlər: fələstin ، israil ، sionist
captcha