İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın Miçiqan əyalətinin Dearborn şəhər məscidi ABŞ-ın ikinci tarixi məscididir və 80 ildir ki, tikilib. M
əscidin 80 illik yubleyi münasibətilə aprelin 19-da bayram şənliyi təşkil olunacaq.
Miçiqan əyalətinin Dearborn məscidi 1937-ci ildə ABŞ-a mühacirət etmiş miqrantlar tərəfindən tikilib. İlk öncə bir namazxana kimi fəaliyyət göstərən məscid hazırda 48 min Fut - Kvadrat Metr əraziyə sahibdir. Məsciddə namaz qılanların sayı hər gün artmaqdadır. Həmçinin ABŞ-da səsucaldıcı vasitələrlə Azan yayımlamaq hüququna malik ilk məscid Dearborn məscididir.
ABŞ-da ilk müsəlman ibadət ocağı “Ana Məscidi” adı ilə 1934-cü ildə tikilib.