IQNA

ISESCO İsraili məhkum etdi

7:42 - January 16, 2019
Xəbər sayı: 3484531
İSESCO elan edib: İsrail rejimi Fələstinin mədəni irsini məhv etməklə regionun qədim tarixini məhv edir, regionun tarixi ilə düşmənçilik edir və Mədəni İrs barədə beynəlxalq qanunları ayaq altına atır.

ISESCO İsraili məhkum etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İSESCO (İslam Mədəniyyəti, Elm və Təhsil Təşkilatı) işğalçı sionist rejimi İsrailin Qüdsün şimalında qədim tarixi əsərləri məhv etməsini məhukm edib.

İSESCO (İslam Mədəniyyəti, Elm və Təhsil Təşkilatı) elan edib: İsrail rejimi Fələstinin mədəni irsini məhv etməklə regionun qədim tarixini məhv edir, regionun tarixi ilə düşmənçilik edir və Mədəni İrs barədə beynəlxalq qanunları ayaq altına atır.

İslam Mədəniyyəti, Elm və Təhsil Təşkilatı (İSESCO) UNESCO-dan (BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşdırılmış qrumu) tələb edib ki, işğalçı sionist rejiminnin Fələstinin mədəni irsini dağıtmasının və məhv etməsinin qarşısını alsın.

Qeyd edək ki, Qüdsün şimalında İslam tarixinin ilk dövrlərinə aid qədim və tarixi şəhər tapılıb. Həmin ərazidə mozaika ilə bəzənmiş evlər, su quyuları, şüşədüzəltmə sexləri və zeytun şirəsi alınma yeri kəşf edilmişdir. Bu tapıntının taxiri 1200 il öncəyə qayıdır.

Qeyd edək ki, işğalçı sionist rejimi İsrail həmin ərazini Logistika Mərkəzi tikmək bəhanəsi ilə dağıdır.

http://iqna.ir/fa/news/3781660

 

 

Teqlər: isesco ، unesco ، israil ، tarixi irs
captcha