İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın paytaxtı Moskva şəhərinin "Hədiyyə Mədəniyyət Mərkəzi"ndə Qurani-Kərimin ayələrinin hüsnxətt ilə yazılması dərnəyi keçirilib.
İran İslam Respublikasının Moskvadakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə keçirilən dərnəkdə İranlı incəsənət ustadlarının əsərləri formatında "Bismillah" və "Bismillahir-rəhmanir-rəhim" ayəsinin hüsnxətt ilə yazılması öyrədilib.
Bu dərnək və sərgidə iranlı incəsənət ustadları Əhməd Aryaməneş, Mehdi Cəmşidi və Qulamrza Rahpeyma həm öz əsərlərini nümayiş ediblər və həm də iştirakçılara hüsnxətt mövzusunda lazım olan məsələləri öyrədiblər.
Qeyd edək ki, bu sərgi Moskvanın Hədiyyə Mədəniyyət Mərkəzinin iranlı təşkilatlarla ikinci həmkarlığı idi. Həftənin bazar günü işin yekunlaşdıran sərgi beş gün davam edib.
http://iqna.ir/fa/news/3782915