IQNA

Moskva Came məscidinin Quran qiraəti proqramı

11:37 - January 22, 2019
Xəbər sayı: 3484567
Rusiya federasiyasının paytaxtı Moskva şəhərinin Came məscidində Qurani-Kərimin 24 saatlıq qiraəti proqramı icra edilir. 24 saatlıq Quran tilavəti proqramı "mihrab.ru" saytından canlı yayımlanır.

Moskva Came məscidinin Quran qiraəti proqramıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının paytaxtı Moskva şəhərinin Came məscidində hər gün və hər gecə Qurani-Kərimin qiraəti proqramı icra edilir.

İran İslam Respublikasının Moskvadakı Mədəniyyət Əlaqələri İdarəsinin bu barədə verdiyi məlumata əsasən, Moskva came məscidində Qurani-Kərimin qariləri 24 saat ərzində (gecə və gündüz) növbə ilə Quran tilavət edirlər. Onlar təkcə namaz vaxtlarında qiraətə fasilə verirlər.  

Moskva came məscidinin 24 saatlıq Quran tilavəti proqramı "mihrab.ru" saytından canlı yayımlanır.

Bu layihənin məsulları bu işi Allahın vəhy kəlamının sevilməsi hədəfi ilə həyata keçirdiklərini deyirlər.

Qeyd edək ki, Moskva Came məscidnin 24 saatlıq Quran tilavəti proqramı 2019-cu ilin Yanvar ayının 7-də Rusiya müsəlmanlarının rəhbəri və müftisi Şeyx Ravil Eynunddinin xeyir-duası ilə öz işinə başlayıb.  

http://iqna.ir/fa/news/3783320  

captcha