IQNA

Müsəlmanlar Hindistan və Banqladeş sərhədində sərgərdandırlar

15:12 - January 22, 2019
Xəbər sayı: 3484570
Myanmadan Hindistana qaçmış ruhingiyalı müsəlmanlardan bir dəstəsi çox acınaqcaqlı vəziyyətdə Banqladeş və Hindistan sərhədində sərgərdandırlar.

Müsəlmanlar Hindistan və Banqladeş sərhədində sərgərdandırlarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Myanmadan Hindistana qaçmış ruhingiyalı müsəlmanlardan bir dəstəsi çox acınaqcaqlı vəziyyətdə Banqladeş və Hindistan sərhədində sərgərdandırlar.
Yeni ilin (2019) əvvəlindən indiyədək 1300 ruhingiyalı müsəlman Hindistanın onları Myanmaya təhvil verəcəyinin qorxusundan Banqladeşə qaçıblar.
Yerli informasiya qaynaqlarının məlumatına əsasən son üç gün ərzində ruhingiyalı qaçqınlardan 31 nəfəri Hindistan və Banqladeş sərhədləri arasında sərgərdan qalıblar. Hindistan sərhədçiləri onları Banqladeşə tərəf qovur, Banqladeş isə onları qəbul etmir.
Qaçqınlar iki sərhəd arasında soyuq havada sığınacaqsız qalıblar. İki dövlətin sərhədçiləri arasında bu barədə aparılan danışıqlar nəticəsiz qalıb.
Adının açıqlanmasını istəməyən bir mənbə bildirib ki, həmin qaçqınların əlində BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  Qaçqınların İşi Üzrə Ali Komissarlığının onlara verdiyi şəxsiyyət vəsiqəsi vardır.
Qeyd edək ki, Hindistanda son illərdə 40 min ruhingiyalı qaçqın sığınacaq almışdır. Qaçqınların vəziyyəti barədə konvensiyanı imzalamayan Hindistan dövləti 2018-ci ildə 230 nəfər qaçqını həbsə salmışdır.      
http://iqna.ir/fa/news/3783112

Teqlər: maynma ، qaçqın ، ruhingiya
captcha