İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanlı beynəlxalq dərəcəli peşəkar Quran qiraətçisi Əbdülkərim Heydəri indiyədək Misrin paytaxtı Qahirə şəhərində dünyanın 99 ölkəsinin səfirinin hüzurunda Qurani-Kərim tilavət etmişdir.
O, Misrin əl-Əzhər İslam Mərkəzinin sabiq şeyxi Məhəmməd Seyyid Təntavinin xüsusi qarisi olub.
Əbdülkərim Heydəri Əfğani bütöv Qurani-Kərimi kamil şəkildə Misrin Şeyxul-Qürrasının hüzurunda tərtil ilə oxuyub və audiosunu hazırlayıb.
Misrin əl-Əzhər İslam Mərkəzinin məzunu olan Heydəri İslam ölkələri və qeyri-müsəlman ölkələrini gəzib və tilavətlər icra edib. Sonuncu dəfə isə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən 19-cu beynəlxalq Quran yarışlarında fəxri qonaq kimi iştirak edib.
Əfqanıstanın Kabul şəhərində (1983) anadan olan Əbdülkərim Heydəri atasının arzusu ilə qarilik peşəsinə yiyələnir. 9 yaşında ikən ibtidayi təhsilin kənarında Qurani-Kərimi də hifz edir. Region üzrə yarışlarda iştirak edəb Əbdül-Kərim sonradan həm hafiz və həm də qari keçirilən Pakistan kimi qonşu ölkələrdə Quran yarışlarına qatılır.
Onun səsinə valeh olan həmvətənləri onu Misrin səfiri ilə görüşdürür və əl-Əzhərdə təhsil almaq üçün şərait yaratmasını istəyirlər. Bir il sonra isə o, əl-Əzhərdə tələbə olmaq arzusunu reallaşdırır.
Əbdülkərim Heydərinin Quran tilavəti
http://iqna.ir/fa/news/3777836