IQNA

Uşaqlar üçün Quran təlimi kursları keçirilir

7:54 - February 06, 2019
Xəbər sayı: 3484647
İmam Hüseynin (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən Darul-Quran idarəsinin xanımlar üçün dini təbliğat bölməsinin Qurani-Kərim təlimi qrupu uşaqlar üçün Quran təlimi kursları təşkil edir.

Uşaqlar üçün Quran təlimi kursları keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseynin (ə) Kərbəladakı müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən Darul-Quran idarəsinin xanımlar üçün dini təbliğat bölməsinin Qurani-Kərim təlimi qrupu uşaqlar üçün Quran təlimi kursları təşkil edir.

Xanımların Dini Təbliğ şöbəsinin xüsusi olaraq azyaşlı uşaqlar üçün təşkil etdiyi Quran təlimi kurslarında uşaqlara Ərəb dili və ədəbiyyatı, dastan, şer, sağlam oyunlar, dua oxumaq, Qurani-Kərimin oxunuşu və Quranın hifzi öyrədilir.  

Bu təlim kursları altı ay ərzində və iki semestrdə keçirilir. Kurslarda 5-6 yaşlı oğlan və qız uşaqları iştirak edirlər.     

http://iqna.ir/fa/news/3787956

Teqlər: iqna ، kərbəla ، quran ، dua ، hifz
captcha