IQNA

Misrin İslam Mədəniyyəti Festivalı Azərbaycanın iştirakı ilə keçirilir

8:37 - February 06, 2019
Xəbər sayı: 3484650
Misrin Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin təşəbbüsü və İslami Əməkdaşlıq Təşkilatının Qahirədəki ofisinin həmkarlığı ilə beynəlxalq İslam mədəniyyəti festivalı keçirilir.

Misrin İslam Mədəniyyəti Festivalı Azərbaycanın iştirakı ilə keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin təşəbbüsü və İslami Əməkdaşlıq Təşkilatının Qahirədəki ofisinin həmkarlığı ilə beynəlxalq İslam mədəniyyəti festivalı keçirilir.

"Vahid Ümmət, Fərqli Mədəniyyətlər... Fələstin ürəklərdə" devizi ilə keçirilən bu festival dünən, həftənin ikinci günü, 5 Fevral 2019-cu il öz işinə başlayıb və ayın 10-dək davam edəcəkdir.

İslam və Ərəb ölkələrinin dini və mədəni kimliyini tanıtmaq hədəfi ilə keçirilən festivalın açılış mərasimində Misrin Mədəniyyət Naziri İnas Əbdüddayim iştirak edib.

O deyib: Bu festivalın hədəfi İslam dininin dostluq, sülh və tolerantlığa dayanmış dəyərlərini göstərmək, zorakılıqları, radikalizmi, terrorizmi kənara qoymaq, müsəlman ölkələri, eləcə də İƏT-ə üzv ölkələrin arasında əlaqələri gücləndirməkdir.

Festivalda 18 ölkə, o cümlədə Azərbaycan, Misr, Fələstin, Ərəbistan, Pakistan, Əlcəzayir, Gine, Seneqal, Mozambik, BƏƏ, Yəmən, Küveyt, Kumor, Burikina-Faso, Mavritaniya, Banqladeş, Mərakeş və İndoneziya iştirak edir.  

http://iqna.ir/fa/news/3787692  

captcha