IQNA

Ərəbistanın Milli Quran yarışlarının final mərhələsi keçiriləcək

11:13 - February 11, 2019
Xəbər sayı: 3484671
Səudiyyə Ərəbistanın paytaxtı Riyaz şəhərində Qurani-Kərimin hifzi, tilavət və təfsiri üzər qadınlar və kişilər arasında keçiriləcək bu yarışlar Fevral ayının 16-dan 20-dək davam edəcək.

Ərəbistanın Milli Quran yarışlarının final mərhələsi keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın 21-ci Milli Qurani-Kərim yarışlarının final mərhələsində 122 nəfər iştirak edəcək.

Səudiyyə Ərəbistanın paytaxtı Riyaz şəhərində Qurani-Kərimin hifzi, tilavət və təfsiri üzər qadınlar və kişilər arasında keçiriləcək bu yarışlar Fevral ayının 16-dan 20-dək davam edəcək.

Səudiyyə Ərəbistanın İslami İşlər, İrşad və Təbliğat naziri və Milli Quran yarışlarının keçirilməsi komitəsinin baş katibi Salman ibn Əbdüləziz Fəhid bu barədə deyib: 21-ci Milli Qurani-Kərim yarışlarının ilkin mərhələsi ərazi və əyalətlər üzrə keçirildi. Qurani-Kərimin hifzi və tilavət hökmlərini bilməkdə fərqlənənlər final mərhələsinə vəsiqə qazandılar.

O əlavə edib: Final mərhələsinin yarışları beş səviyyədə keçiriləcək. Bu yarışların qalibləri beynəlxalq Quran yarışlarında Səudiyyə Ərəbistanını təmsil edəcəklər.      

http://iqna.ir/fa/news/3789180

captcha