IQNA

Çinli müsəlman ailələrin hüquqları pozulur – VİDEO

0:10 - February 14, 2019
Xəbər sayı: 3484689
Beynəlxalq İnsan Hüquqları Gözətçisi öz sosial şəbəkə hesabında çinli müsəlman ailələrin hüquqlarının pozulması barədə video paylaşıb. Videoda Çinin təhlükəsizlik məmurlarının özbaşınalığı göstərilib.

Çinli müsəlman ailələrin hüquqları pozulur – VİDEOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Beynəlxalq İnsan Hüquqları Gözətçisi öz sosial şəbəkə hesabında çinli müsəlman ailələrin hüquqlarının pozulması barədə video paylaşıb.

Həmin videoda göstərilir ki, Çin dövləti təhlükəsizlik məmurlarını müsəlman ailələrin evlərinə təhkim edir. Hər müsəlman ailəsi bir təhlükəsizlik məmurunu öz ailə üzvlüyünə qəbul etməlidir.

Həmin məmur ailədə olduğu müddətdə çalışır ki, müsəlman ailənin siyasi görüşünü, dilini və dinini dəyişsin. Habelə müsəlman ailələrin dini və mədəni görüşləri barədə dövlət rəsmilərini məlumatlandırsın.  

Beynəlxalq İnsan Hüquqları Gözətçisi Çində yaşayan müsəlman ailələrin ailə hüquqlarının kobud şəkildə pozulması barədə xəbərdarlıq edib. Təşkilat bildirib ki, Çin dövlətinin məmurları müsəlmanları özbaşına həbs edirlər, onların dini və mədəni hüquqlarını pozurlar, onlara qarşı zor tətbiq edirlər, Uyğur müsəlmanlarının dini ayinlərinin icrasında məhdudiyyətlər yaradırlar.  

http://iqna.ir/fa/news/3789613

kod
captcha