IQNA

Avstraliyada İslami məktəblər üçün müəllim yetişdirilməsi kursları

8:00 - February 16, 2019
Xəbər sayı: 3484697
Avstraliyada ilk dəfə olaraq universitetlərdən birində İslami məktəblərdə müsəlman şagirdlərin ehtiyacını dərk edə biləcək müəllimlərin yetişdirilməsi üçün xüsusi kurslar keçirilir.

Avstraliyada İslami məktəblər üçün müəllim yetişdirilməsi kurslarıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstraliyada ilk dəfə olaraq universitetlərdən birində İslami məktəblər üçün müəllimlərin yetişdirilməsi kursları keçirilir.

Bu kursları ilk dəfədir ki, Cənubi Avstraliya Universiteti (South Australia University) dövlətin rəsmi lisenziyası ilə magistr pilləsində təşkil edir.

Tələbələr bu kurslarda İslam dini təfəkkürü və mədəniyyəti ilə tanış olacaq, müsəlman şagirdlərin ehtiyaclarını təmin etmək üçün tədris proqramı və bununla bağlı digər məsələləri öyrənəcəklər. Kursların məzunları İslami təlim və tədris bacarığı üzrə diplom alacaqlar.

Bu kursların təşkil edilməsinin hədəfi İslami məktəblərdə, dövlətin təhsil ocaqlarında və xüsusi təhsil müəssisələrində tədris edən müəllimlərin yetişdirilməsidir. Onlara dini əqidə öyrədilməyəcək. Sadəcə dinlə tanış olacaqlar ki, İslam dininin mahiyyəti və müsəlmanların xüsusi dini görüşlərini dərk edəcək səviyyədə dinlə tanış olacaqlar.   

http://iqna.ir/fa/news/3790280

captcha