IQNA

ABŞ-ın 1000 əsgəri Əfqanıstanı tərk edəcək

23:39 - February 16, 2019
Xəbər sayı: 3484701
Amerika silahlı qüvvələri nazirliyi məlumat yayıb ki, bu ölkənin Əfqanıstanda olan qoşunlarından min nəfərin yaxın zamanlarda Əfqanıstan torpağını tərk edəcək.

ABŞ-ın 1000 əsgəri Əfqanıstanı tərk edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika silahlı qüvvələri nazirliyi məlumat yayıb ki, bu ölkənin Əfqanıstanda olan qoşunlarından min nəfərin yaxın zamanlarda Əfqanıstan torpağını tərk edəcək.

Amerika Quru Qoşunları Komandiri general Cozef Vetl bu məsələnin Taliban ilə baş tutmuş ilkin danışıqlarla bağlı olduğunu istisna edib və əsgərlərin Əfqanıstandan çıxarılmasını silahlı qüvvələrdə daha təsirli koordinasiya yaradılması hədəfi ilə izah edib.  

Taliban isə bundan öncə elan etmişdi ki, ABŞ öz qoşunlarının Əfqanıstan torpağından çıxarılması barədə razılaşıb.

Qeyd edək ki, hazırda Amerikanın Əfqanıstanda 14 min nəfərlik qoşunu vardır. Tramp isə yeni ildən öncə Əfqanıstandakı qoşunların yarısını ordan çıxaracağını demişdi. Onun bu iddiası Avropa ölkələri və Amerika senatorlarını heyrətləndirmişdi.

http://iqna.ir/fa/news/3790456  

Teqlər: abş ، taliban ، Əfqanistan ، iqna
captcha