IQNA

Danimarka alimləri 2 min İslami əlyazma nüsxəni araşdırdılar

16:23 - February 17, 2019
Xəbər sayı: 3484705
Danimkalı araşdırmaçı alimlər Sumali, Cyubiti, Eritreya və Efiopiya ölkələrinə aid 2 min İslami əlyazma nüsxəni İslam Ədəbiyyatının Qorunması hədəfi ilə araşdırıblar.

Danimarka alimləri 2 min İslami əlyazma nüsxəni araşdırdılarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Danimkalı araşdırmaçı alimlər Sumali, Cyubiti, Eritreya və Efiopiya ölkələrinə aid 2 min İslami əlyazma nüsxəni İslam Ədəbiyyatının Qorunması hədəfi ilə araşdırıblar.

Danimarkalı alimlər 5 illik araşdırma müddətində İslami əlyazma əsərlərin elektron nüsxələrini hazırlayaraq bu məqsədlə hazırlanmış internet portalına yerləşdiriblər.

Onların bu işi bütün dünya alimləri üçün İslam tarixi və mədəniyyəti barədə əlverişli və asan araşdırma dəstəyi hesab edilir.

"İslam Afrikanın buynuzunda" adlı bu uzunmüddətli araşdırma layihəsinin xərclərini Kopenhagenin "Dostluq Universiteti" və Avropa Təhqiqat Şurası təmin edib.

Layihədə işləyən alimlərin fikrincə İslam dünyasının bu bölgəsində İslami irs barədə yaxşı elmi işlər görülməyib. Bu cəhətdən  bu regionda miladın 17-ci əsrinədək gedib çıxan zəngin və fərqli bir İslami irsin araşdırılması zəruridir.

Afrikanın bu regionunda İslami mətnlər əsasən Sufi baxışı ilə yazılıb. Amma bundan əlavə İslam şəriəti, Ərəb dili və ədəbiyyatına da aid olan çoxlu mətnlər mövcuddur.    

http://iqna.ir/fa/news/3790850  

پروژه پژوهشگران دانمارکی در بررسی 2 هزار نسخه خطی اسلامی

captcha