İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, modern və müasir dünyada, xüsusi ilə də qərb ölkələrində, evlənmək üçün müxtəlif "online" proqram, sayt və platformaların yaradılmasına rəğmən yenə də cavan müsəlman qızların əksəriyyəti qədim el adəti ilə evlənməyi üstün tuturlar.
"Religion News" informasiya portalının məlumatına əsasən, "Muzmatch" kimi İslami online evlilik proqramları geniş şəkildə yayılb və inkişaf etmişdir. 2019-cu ilin ilk günlərinədək həmin proqramlardan 1 milyon insan istifadə etmiş və ən azı 15 min nəfər bu vasitə ilə evlənmişdir.
Amma yenə də müsəlman xanımlar bu cür evliliyi qədim el adəti ilə evlənməkdən üstün bilmirlər. Cesi Qadri Nyu-Yorkda yaşayır. O, 10 il öncə el adəti və valideynlərinin nəzarəti ilə evlənib. Onun fikrincə el adəti ilə evlənmək əslində sınaq və dəyərləndirmə sistemidir. Valideynlər bu vasitə ilə qızlarını münasib olmayan evlilikdən qoruyurlar.
Digər müsəlman qız Şayna Adkinez də 3 il öncə el adəti ilə evlənib. O deyir ki, bu cür ailə qurmasına peşiman deyil. İzdivacdan öncə gələcək əri ilə söhbət edib, onu maraqlandıran sulları soruşub. Evlilik mərasiminə ruhani nəzarət edib.
Müsəlman qızların fikrincə el adəti ilə evləmək məcburiyyət deyil. Sadəcə ailənin və valideynlərin cavan övladların ailə qurmasına dəstək olmasıdır.