IQNA

Dini Festivalda 83 ölkə iştirak ecədək

9:19 - February 18, 2019
Xəbər sayı: 3484709
15-ci "Şəhadət Baharı" (Rəbiuş-Şəhadət) beynəlxalq mədəniyyət festivalı İmam Hüseyn (ə) və AŞURA qiyamı mövzusunda kitab təlifi, şer, qəsidə və qəzəl demək üzrə keçirilir.

Dini Festivalda 83 ölkə iştirak ecədəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində keçiriləcək "Şəhadət Baharı" (Rəbiuş-Şəhadət) beynəlxalq mədəniyyət festivalında dünyanın 83 ölkəsi iştirak edəcək.

15-ci "Şəhadət Baharı" (Rəbiuş-Şəhadət) beynəlxalq mədəniyyət festivalı İmam Hüseyn (ə) və AŞURA qiyamı mövzusunda kitab təlifi, şer, qəsidə və qəzəl demək üzrə keçirilir.

"Şəhadət Baharı" (Rəbiuş-Şəhadət) beynəlxalq mədəniyyət festivalı keçirilməsi komitəsinin üzvü bu barədə deyib: Festivalda iştirak etmək üçün əsərlərin göndərilməsi vaxtı bitdikdən sonra göndərilən əsərlər komitə tərəfindən qiymətləndiriləcək.

O əlavə edib: İndiyədək festivalda iştirak etmək üçün dünyanın 83 ölkəsindən 167 nəfər öz kitab və şerlərini komitəyə göndəriblər. Bu əsərlər İmam Hüseynin (ə) ziyarətgahının akademik elmi araşdırma şöbəsi və ruhanilər şöbəsi tərəfindən yoxlanılacaqdır. Nəticələr festivalın açılış mərasimində elan ediləcək.

15-ci "Şəhadət Baharı" (Rəbiuş-Şəhadət) beynəlxalq mədəniyyət festivalı İmam Hüseyn (ə) və AŞURA qiyamı mövzusunda və "İmam Hüseyn (ə), ümmətlərin çırağı və dəyərlərin islahatçısı" devizi ilə keçirilir.

Festival İraqın müqəddəs ziyarətgahlarını tərəfindən Həzrət İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) mübarək mövludları günlərini dəyərləndirmək hədəfi ilə keçirilir.

http://iqna.ir/fa/news/3790973  

captcha