IQNA

Bin Salman Hindistanda etirazla qarşılandı

23:43 - February 19, 2019
Xəbər sayı: 3484718
Səudiyyə Ərəbistanı şahının vəliəhdi Məhəmməd bin Salmanın Hindistana səfərinə qarşı etiraz yürüşündə cəmiyyətin müxtəlif təbəqələri, ruhanilər, din alimləri, tələbələr və digərləri iştirak ediblər.

Bin Salman Hindistanda etirazla qarşılandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistan müsəlmanları Səudiyyə Ərəbistanı şahının vəliəhdi Məhəmməd bin Salmanın ölkələrinə səfər etməsini etiraz yürüşü ilə qarşılayıblar.

Səudiyyə Ərəbistanı şahının vəliəhdi Məhəmməd bin Salmanın Hindistana səfərinə qarşı etiraz yürüşündə cəmiyyətin müxtəlif təbəqələri, ruhanilər, din alimləri, tələbələr və digərləri iştirak ediblər.

Etiraz yürüşünə çıxanlar terrorizmə ölüm olsun, qatil Bin Salmana ölüm olsun və sionizmə ölüm olsun şüarları səsləndiriblər.

Kəşmir əyalətinin Kargil şəhərinin "İmam Xomeyni (ə) Xatirəsi Müəssisəsi" də Bin Salmanın Hindistana səfəri ilə bağlı etiraz bəyaniyyəsi yayıb.

Etiraz dalğaları Hindistanın Kargil, Heydərabad (Telengana əyalətinin paytaxtı) və Yeni Dehli şəhərlərini də bürüyüb.

Qeyd edək ki, Səudiyyə şahzadəsi keçən həftənin bazar günü Pakistanda da etirazla qarşılandı. Buna görə də Pakistanda çox qalmayaraq Hidistana yola düşüb və orda da vəziyyət şahzadə üçün ürəkaçan olmayıb.    

http://iqna.ir/fa/news/3791639

تظاهرات مسلمانان هند در اعتراض به سفر ولیعهد سعودی

تظاهرات مسلمانان هند در اعتراض به سفر ولیعهد سعودی 

تظاهرات مسلمانان هند در اعتراض به سفر ولیعهد سعودی

تظاهرات مسلمانان هند در اعتراض به سفر ولیعهد سعودی

Teqlər: hindistan ، bin salman ، şahzadə
captcha