IQNA

Çində müsəlmanları kontrol etmək üçün kameralar quraşdırılır

23:10 - February 20, 2019
Xəbər sayı: 3484722
İnternet təhlükəsizlik mütəxəssisi bu barədə deyib: Çinin internet təhlükəsizlik şirkətlərindən biri Sincan əyalətində yaşayan 2 milyon 500 min nəfəri gizli kameralar vasitəsi ilə nəzarət altında saxlayır.

Çində müsəlmanları kontrol etmək üçün kameralar quraşdırılırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin dövləti bu ölkədə yaşayan müsəlmanları izləmək və kontrol etmək üçün müxtəlif ərazilərdə kameralar quraşdırıb.

İnternet təhlükəsizlik mütəxəssisi Viktor Cefriz bu barədə deyib: Çinin internet təhlükəsizlik şirkətlərindən biri Sincan əyalətində yaşayan 2 milyon 500 min nəfəri gizli kameralar vasitəsi ilə nəzarət altında saxlayır.

O əlavə edib: Bu kameralar ərazidə aid hər bir hərəkəti izləyir və qeyd edir. Bunadan əlavə həmin region mobil telefonlar vasitəsi ilə də ciddi nəzarət altındadır.

Qeyd edək ki, Çin dövləti Sincan əyalətində yaşayan milyonlarla müsəlmanı məcburi düşərgələrdə həbs edib. Onları işkəncələr verir və uşaqları ailəsindən ayırır. Habelə müsəlmanları məstedici içkilər içməyə və donuz əti yeməyə məcbur edirlər.

http://iqna.ir/fa/news/3792068

Teqlər: iqna ، çin ، müsəlman ، uyğur
captcha