IQNA

Əl-Əzhər Universiteti Əqsa məscidilə bağlı bəyanat yayıb

14:35 - February 21, 2019
Xəbər sayı: 3484726
Misirin ən böyük dini elmlər mərkəzi olan əl-Əzhər Universiteti işğalçı İsrail rejiminin Əqsa məscidini qapaması və burada ibadət edənlərə qarşı zorakı əməllərini tənqid edən bəyanat yayıb.

Əl-Əzhər Universiteti Əqsa məscidilə bağlı bəyanat yayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin ən böyük dini elmlər mərkəzi olan əl-Əzhər Universiteti işğalçı İsrail rejiminin Əqsa məscidini qapaması və burada ibadət edənlərə qarşı zorakı əməllərini tənqid edən bəyanat yayıb.

Felestin.info "Palinfo"-ya istinadla xəbər verir ki, əl-Əzhər Universitetinin bəyanatında deyilir: "Bu təhlükəli gedişat İsrailin bölgədə yeni ab-hava yaratmaq, Qüdsün və Əqsa məscidinin islami kimliyini dəyişmək kimi mənfur məqsədlərə xidmət edir".

Dini mərkəz Qüdsdəki Fələstin xalqının qətiyyətini, onların azadlıq və şərəf uğrunda cəsarətli mübarizəsini alqışlayıb.

Universitet, həmçinin beynəlxalq ictimaiyyətə də səslənərək öz borcunu yerinə yetirməyə və beynəlxalq hüququn tələblərinə riayət etməsi üçün İsrail rejiminə təzyiq göstərməyə çağırıb.

Teqlər: iqna ، fələstin ، qüds ، əl-əqsa ، əl-əzhər
captcha