İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstin müsəlmanları 16 ildən sonra bu gün Əqsa məscidinin "Babur-Rəhmət" müsəllasında Cümə namazı qıldılar.
Əqsa məscidinin şərqində yerləşən "Babur-Rəhmət" müsəllası 2003-cü ildən İsrail hərbiçiləri tərəfindən işğal edilmişdi.
Əqsa məscidinin Cümə xətibi Şeyx Əkrəmə Səbri bu gün elan edib ki, sionistlərin Babur-Rəhmət qapısını bağlaması qanunsuz idi. Əqsa məscidinin bütün sahəsi İslami vəfqdir.
http://iqna.ir/fa/news/3792319