IQNA

Moskva məscidində Xanım Zəhranın (s) mövludu mərasimi keçirildi

15:04 - February 27, 2019
Xəbər sayı: 3484764
Rusiya federasiyasının paytaxtı Moskva şəhərində Peyğəmərimizin (s) sevimli qızı Siddiqeyi-Tahirənin (Həzrət Zəhra) mövludu və xanımlar günü münasibəti ilə bayram mərasimi keçirildi.

Moskva məscidində Xanım Zəhranın (s) mövludu mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının paytaxtı Moskva şəhərində Peyğəmərimizin (s) sevimli qızı Siddiqeyi-Tahirənin (Həzrət Zəhra) mövludu və xanımlar günü münasibəti ilə bayram mərasimi keçirildi.

Xanım Fatimənin (s) mövluduna və xanımlar gününə həsr edilmiş mərasim dünən gecə, həftənin ikincü günü, 26 Fevral 2019-cu il, Moskvanın "Xatəmul-Ənbiya" məscidində keçirilib.

Rusiyada yaşayan iranlıların iştirakı ilə Məğrib və İşa namazlarından sonra keçirilən mərasimdə Quran, şer və dini nəğmələr oxunub.

Mərasimin davamında Məcid Əbulhəsəni həzrət Fatimənin (s) həyatından, şəxsiyyətindən, elmindən, səbrindən, mübarizə yolundan, yüksək irfani məqamından və onun bütün xanımlara nümunə omasından danışıb.  

http://iqna.ir/fa/news/3793788   

 

 

Teqlər: moskva ، fatimə ، zəhra
captcha