IQNA

Səudiyyənin Dəməşqdə səfirliyini açmaq üçün şərti

7:53 - March 05, 2019
Xəbər sayı: 3484794
Səudiyyənin xarici işlər naziri Adil Cübeyr mətbuat konfransında deyib: Səudiyyə Ərəbistanın Dəməşqdə səfirliyinin yenidən fəaliyyətə başlaması üçün Suriyada müharibənin başa çatması şərtdir.  

Səudiyyənin Dəməşqdə səfirliyini açmaq üçün şərtiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cübeyr dünən, həftənin birinci günü, 4 Mart 2019-cu il, mətbuat konfransında deyib: Səudiyyə Ərəbistanın Dəməşqdə səfirliyinin yenidən fəaliyyətə başlaması üçün Suriyada müharibənin başa çatması şərtdir.  

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə birgə mətbuat konfransında iştirak edən Adil əl-Cübeyr (Səudiyyə Ərəbistanın xarici işlər naziri) açıqlayıb: Səudiyyənin Ərəbistanın Suriyada öz səfirliyinin fəaliyyətini yenidən bərpa etməsi siyasi hadisələrin gedişatına bağlıdır.

Adil əl-Cübeyr vurğulayıb: Səudiyyə Ərəbistanın Dəməşqdə səfirliyini yenidən açması məsələsində mövqeyi dəyişməyib.

O, Suriyada müharibə sona çatmayınca səfirliyin açılmayacağını deyərək əlavə edib: Suriyanın Ərəb Birliyi Şurasına qayıtmasının vaxtı çatmayıb.  

http://iqna.ir/fa/news/3795292

captcha