IQNA

Küveyt Mükafatı Beynəlxalq Quran Yarışları keçiriləcək

23:55 - March 17, 2019
Xəbər sayı: 3484857
Küveyt Mükafatı 10-cu Beynəlxalq Qurani-Kərim yarışları Qurani-Kərimin hifzi, təcvid qaydaları və tilavəti üzrə cari ilin Aprel ayının doqquzunda keçiriləcək.

Küveyt Mükafatı Beynəlxalq Quran Yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveyt Mükafatı Beynəlxalq Qurani-Kərim yarışlarının 10-cu turu cari ilin Aprel ayının 9-da başlayacaq.

Küveyt Mükafatı 10-cu Beynəlxalq Qurani-Kərim yarışları Küveytin İslami Fondlar Nazirliyinin təşəbbüsü ilə Qurani-Kərimin hifzi, təcvid qaydaları və tilavəti üzrə keçiriləcək.

Bu barədə Küveytin İslami işlər və İslami fond naziri Fəhəd Şölə həftənin Şənbə günü keçirdiyi mətbuat konfransında xəbər verib.

Küvyet Mükafatı Beynəlxalq Quran Yarışlarının əsas hədəfi Ərəb xalqları və İslam ümmətini Quranın qiraətləri ilə tanış etmək, Quran hafizlərini Qiraət elmləri sahəsində araşdırmaya cəlb etmək, yaxşı qarilərin beynəlxalq səviyyədə tanınmasına şərait yaratmaq və qari və haifzələri Qurani-Kərimlə daha çox vaxt keçirməyə təşviq etmədkir.  

http://iqna.ir/fa/news/3798445

captcha