IQNA

Yeni Zelandiyada terror hücumunda şəhid olanların xatirəsi anıldı

11:55 - March 18, 2019
Xəbər sayı: 3484859
Yeni Zelandiyanın Kristçörç şəhərində Ən-Nur məscidinə etdiyi hücumda 41 nəfəri şəhid edən əslən Avstraliyalı terrorçu öz açıqlamasında faşizm, nasizm və Trampın düşüncələrindən ilham aldığını bildirib.

Yeni Zelandiyada terror hücumunda şəhid olanların xatirəsi anıldıBeynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Sahartv-yə istinadla xəbər verir ki, Krastçörç əhalisi Yeni Zelandiyanın “qara” cüməsində 2 məscidə edilən terror hücumunda şəhid olanların xatirəsini yad etmək üçün bir araya gəlmişdi.

Bu xatirə mərasimində Yeni Zelandiyalı müsəlman qadın polis zabiti, terrorçunun əlindəki odlu silahdan açdığı atəş ilə qurğuşun güllələrə qonaq etdiyi şəhid müsəlman gəncin salamının cavabını... göz yaşlarına boğulmasına baxmayaraq bax belə, möhtəşəm formada aldı.

Bu məzlum şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edən baş nazir də Yeni Zelandiya müsəlmanlarının kədərini bax belə bölüşdü.

Daha sonra şəhidlərin dəfn mərasiminə hazırlıq işləri və müsəlmanların təhlükəsizliyinin artırılmasından danışaraq, Yeni Zelandiyada odlu silah gəzdirmək barədə qanuna dəyişikliyin edilməsinə çalışacağını və bu mövzunu ciddi şəkildə gündəmdə saxlayacağını dedi.

Casinda Ardern - Yeni Zelandiyanın baş naziri: “Təəssüflər olsun ki, yaralılardan birinin xəstəxanada dünyasını dəyişməsi ilə bu hadisədə ölənlərin sayı 50 nəfərə yüksəldi. Hazırda 34 yaralı da xəstəxanada müalicə olunmaqdadır. Vəziyyəti ağır olan 4 yaşlı bir uşaq və daha 12 yaralı isə reanimasiya şöbəsindədir.”

Mayk Buş - Kristçörç şəhərinin polis rəisi: “Bu terror aktı ilə əlaqədar indiyə kimi sadəcə baş müttəhimə qarşı ittiham irəli sürülüb. Ətraflı məlumat hadisə ilə bağlı istintaq yekunlaşdıqdan sonra veriləcək.”

Bu dəhşətli cinayəti törədən şəxs çirkin planını reallaşdırmasından 9 dəqiqə öncə Yeni Zelandiyanın baş nazirinə elektron məktub göndərərək, öz niyyətini ifşa edib. Amma, hadisəni harda törədəcəyinə işarə etməyib.

Müsəlmanlara qarşı nifrətinə və onları qırğın etmək istəyinə dair 74 səhifəlik açıqlamasında faşizm, nasizm və modern ağdərililərin simvolu hesab etdyi Trampın düşüncələrinə hörmət bəslədiyini yazıb.

captcha