IQNA

Ayətullah Sistani İŞİD barədə xüsusi tapşırıq verdi

12:53 - March 18, 2019
Xəbər sayı: 3484860
İslam dünyasının nüfuzlu din xadimi olan Ayətullah Seyid Əli Sistani İŞİD terrorçularının törətdikləri cinayətlərin sənədləşdirilməsi barədə əmr verib.

Eastnews.org-un verdiyi xəbərə görə, İslam dünyasının nüfuzlu din xadimi olan Ayətullah Seyid Əli Sistani İŞİD terrorçularının törətdikləri cinayətlərin sənədləşdirilməsi barədə əmr verib. Bu barədə Ayətullah Seyid Əli Sistaninin xüsusi nümayəndəsi məlumat verib.

Əbdülmehdi Kərbəlayi Kərbəlada müharibə cinayətləri ilə bağlı keçirilən fotosərgidə bildirib ki, Ayətullah Sistaninin tövsiyələrindən biri də budur ki, İŞİD-in cinayətləri sənədləşdirilsin: "Ayətullah Sistani beynəlxalq və daxili dairələrdə İŞİD terror qruplaşmasının cinayətlərini sənədləşdirmək və bunu bütün ixtisaslaşmış təşkilatlarda nümayiş etdirmək barədə tapşırıq verib". 

Mənbə: eastnews.org

captcha