İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçin paytaxtı Stokholm şəhərinin İmam Əli (ə) adına İslam Mərkəzi kompleksində "13 Rəcəb" – İmam Əlinin (ə) mübarək mövludu, münasibəti ilə şənlik mərasimi keçiriləcək.
Novruz və mövlud mərasimi bu gün, həftənin üçüncü günü, 20 Mart 2019-cu il, yerli vaxtla saat 18:30-da Şam namazından sonra başlayır.
İmam Əlinin (ə) mövludu və Novruz bayramı münasibəti ilə keçirilən mərasimdə müxtəlif dini proqramlar, camaat namazı, xütbə, Quran qiraəti, yarış, teatr, şer, mədhiyyə və sair icra olunacaq.
İmam Əlinin (ə) fərdi və ictimai xüsusiyyətləri və həyat tərzi və bu münasibətlə atanın insan həyatındakı rolu və təsirləri barədə söhbət ediləcək.