İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Gürcüstan azərbaycanlılarının Rusiyanın paytaxtı Moskva şəhərində yeni təsis edilmiş Hüseyniyyəsinin açılışı mərasimi keçirilib. Mərasimdə Moskva şəhərində yaşayan İran və İraqdan dini şəxsiyyətlər, gürcüstanlı və azərbaycanlı möminlər iştirak ediblər.
İslamazeri.com xəbər verir ki, Gürcüstan azərbaycanlıları Moskvada 9 nəfər şuranın təmsil olduğu Dini İcma - "İmam Əli Heyəti"nin Hüseyniyyəsini açıblar.
İcma uzun müddət təsis edilmə və qanuni prosedurlarla bağlı rəsmi qurumlara müraciət etmişdilər. Hüseyniyyə 150 nəfərin ibadət etməsi üçün ən yüksək şəraitə sahibdir.
100 nəfərə yaxın Gürcüstan azərbaycanlılarının ianələri hesabına maliyyələşən İcmanın ibadət üçün məscidi, yeməkxanası və kitabxanası var.