IQNA

Dünyanın bir çox şəhərlərində Fələstinə dəstək yürüşləri keçirilib

23:32 - April 01, 2019
Xəbər sayı: 3484915
Martın 30-da minlərlə insan Londonun mərkəzinə toplaşaraq Fələstində Torpaq Gününü və Böyük Qayıdış yürüşlərinin 1-ci ildönümünü qeyd ediblər.

Dünyanın bir çox şəhərlərində Fələstinə dəstək yürüşləri keçirilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Martın 30-da minlərlə insan Londonun mərkəzinə toplaşaraq Fələstində Torpaq Gününü və Böyük Qayıdış yürüşlərinin 1-ci ildönümünü qeyd ediblər.

Felestin.info Fələstin İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, minlərlə insan Britaniya Fələstin Forumu (BFF), Fələstin Həmrəylik Qrupu (FHQ), "Müharibəyə Son" Koalisiyası, əl-Əqsa dostları Hərəkatı və Britaniya Müsəlman Assosiasiyası (BMA) tərəfindən edilmiş müraciətə müsbət cavab verib.

Britaniya Fələstin Forumunun mətbuat katibi Adnan Həmidanın sözlərinə görə, londonluların yürüşü Qəzza xalqına dəstək və həmrəylik məqsədilə keçirilib. Nümayiş iştirakçıları İsrailin cinayətləri barədə danışmağın antisemitizm kimi qələmə verilməsini tənqid ediblər.

Şənbə günü ABŞ-ın Nyu-York şəhərində də yüzlərlə insan blokada altındakı Qəzza zolağındakı fələstinlilərə dəstək və həmrəylik yürüşünə çıxıblar. Qəzzada Böyük Qayıdış yürüşünün ildönümü və Torpaq Günü münasibətilə Nyu-Yorkun Tayms meydanında keçirilmiş aksiya Nyu-York Fələstin Uğrunda və digər ictimai təşkilatlar tərəfindən təşkil edilib.

Fələstin bayraqlarını və Fələstinə dəstək plakatları qaldıran yüzlərlə aksiyaçı İsrailin işğalçılıq siyasətini tənqid ediblər, blokadanı və ABŞ-ın İsrailə hərbi yardımlarını dayandırmaq çağırışları səsləndiriblər.

Yürüş iştirakçılarının bəziləri Fələstinin müqavimət hərəkatlarını dəstəkləyən şüarlar da səsləndiriblər və bu hərəkatların Fələstin xalqını qorumağa haqlarının çatdığını bəyan ediblər.

Qeyd edək ki, analoji yürüşlərdən Böyük Britaniyanın Brayton, Niderlandın Amsterdam, Almaniyanın Berlin şəhərlərində də keçirilib.

captcha