IQNA

Cari ilin ilk üç ayında on bir uşağı şəhid ediblər

22:12 - April 05, 2019
Xəbər sayı: 3484940
Fələstinin Uşaqların Müdafiəsi Hərəkatı bəyaniyyə yayaraq elan edib ki, işğalçı sionist israil rejiminin silahlıları cari ilin (2019) ilk üç ayında Qəzza zolağında 11 Fələstinli uşağı şəhid ediblər.

Cari ilin ilk üç ayında on bir uşağı şəhid ediblərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Uşaqların Müdafiəsi Hərəkatı bəyaniyyə yayaraq elan edib ki, işğalçı sionist israil rejiminin silahlıları cari ilin (2019) ilk üç ayında Qəzza zolağında 11 Fələstinli uşağı şəhid ediblər.
Hər il Fələstin Milli Uşaqlar Günü (5 aprel) verilən bu bəyaniyyədə bildirilib ki, sionist israil rejimi hələ də uşaqları qətlə yetirməkdə və uşaqlar əleyhinə cinayət törətməkdə davam edir. Fələstinli uşaqlar dərs oxumaq, azadlıq və təhlükəsizlik kimi hüquqlarından məhrum ediliblər.
Habelə bəyaniyyədə deyilir ki, israil rejimi hər il 500-dən 700-dək uşağı mühakiməsiz həbs edir. Hazırda İsrail həbsxanalarında 250 uşaq əsirdir.
Fələstinin Uşaqların Müdafiəsi Hərəkatı bəyaniyyədə vurğulayıb ki, indiyədək heç bir beynəlxalq cəmiyyəti israili bu cinayətinə görə sorğulamayıb.
http://iqna.ir/fa/news/3800927

captcha