İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) xarici "kiv"lərə istinadla verdiyi xəbərə görə, dünən, həftənin birinci günü, 15 Aprel 2019-cu il, Fransanın paytaxtı Paris şəhərində yerləşən məşhur tarixi tikili olan Notr-Dam kilsəsi şiddətli və dəhşətli bir yanğın hadisəsi nəticəsində yandı.
Fransanın xəbər qaynaqlarının yaydığı məlumata əsasən, məşhur kilsədəki yanğın hadisəsi kilsədə aparılan təmir-tikinti işləri ilə əlaqəlidir.
Yanğın zamanı Notr-Dam kilsəsinin zəng qülləsi də yanaraq yerə tökülüb. Paris merinin müavini orta əsirlərə aid olan bu qüllənin yanıb məhv olmasını təsdiqləyib.
Qeyd edək ki, Parisin "Notr-Dam" kilsəsi 12-13-cü miladi əsrlərində şəhərin yepiskopu Moris de Süllinin təşəbbüsü ilə tikilmişdir. Bu barədə daha ətraflı qarşıdakı keçiddən oxuya bilərsiniz: "NOTR-DAM kilsəsi"