IQNA

Bəhreyn məhkəməsi 138 nəfəri vətəndaşlıqdan məhrum edib

14:35 - April 17, 2019
Xəbər sayı: 3485003
Bəhreynin "Baş Cinayətlər Məhkəməsi" ölkə vətəndaşlarından 138-in vətəndaşlığını ləğv edib. Bu Bəhreyn tarixində vətəndaşlıqdan məhrum edilmə ilə bağlı verilən ən sərt və irimiqyaslı hökm hesab edilir.

Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, prokrorluq 138 nəfərin "Hizbullah"a və “SEPAH”a qoşulmaqla və sair "ittihamlarla"  ittihamlandıraraq, onların vətəndaşlığını ləğv edib. 

Bəhreyn baş prokroru Əhməd Əl-Hamdi  bildirib ki, vətəndaşlığı ləğv olunan şəxslərdən bəzisi İran, Livan və İraqda hərbi təlimlər keçib. 

Bildirilib ki, mühakimə edilənlərdən 69 nəfəri ömürlük həbsə, bu rəqəmdən əksəri isə əlavə 100 min dinar cərimənin ödənilməsinə məhkum ediliblər.

Məlumata görə 39 nəfər 10 il həbsə, 23 nəfər 7 il həbsə qalanları isə 3 il həbsə məhkum ediliblər.

Qeyd edək ki, bu Bəhreyn tarixində vətəndaşlıqdan məhrum edilmə ilə bağlı verilən ən sərt və irimiqyaslı hökm hesab edilir.

Beynəlxalq Amnistiya Təşkilatı  Bəhreyn məhkəməsinin qərarını “ədalətin ələ salınması” və “özbaşınalıq ” adlandırıb. 

Bəhreyn məhkəməsinin bu qərarını  beynəlxalq qanunlara zidd olduğunu vurğulayan  Amnistiya Təşkilatı bildirib ki,  bu addım göstərir ki, Bəhreyn  hökuməti  insanların vətəndaşlığını ləğv etməkdən repressiya üçün bir vasitə kimi istifadə edir. 

Bəhreyndə müxalif qüvvələr  məhkəmənin bu qərarını pisləyib. 

Bəhreyn siyasi məhbusların sayına görə öndə gedən ölkələrdəndir. Hazırda bu ölkə müxalifətinin lideri əl-Vəfaq Cəmiyyətinin sədri Şeyx Salman ömürlük həbsə, müxalifətin digər lideri şeyx İsa Qasim isə vətəndaşlıqdan məhrum edildikdən sonra uzun müddət ev dustaqlığında saxlanılıb və daha sonra müalicə üçün ölkəni tərk edib. 

Teqlər: bəhreyn ، iqna ، müsəlman ، etiraz ، aksiya
captcha