IQNA

10:24 - April 18, 2019
Xəbər sayı: 3485004
İran İslam Respublikasının Hindistanın Yeni Dehli şəhərindəki Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən bu ölkədə müxtəlif Quran fəaliyyətləri və proqramları həyata keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Hindistanın Yeni Dehli şəhərindəki Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən bu ölkədə müxtəlif Quran fəaliyyətləri və proqramları həyata keçirilib.

İİR-nın Yeni Dehlidəki Mədəniyyət Əlaqələri İdarəsi hər il bu ölkədə milli Qurani-Kərim peşəkar qiraəti və hifzi yarışlarını təşkil edir. İndiyədək ölkə üzrə 19 Quran yarışlarını keçirmişdir.

İran İslam Respublikasının Yeni Dehlidəki İİR Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Hindistandan İran İslam Respublikasının 36-cı beynəlxalq Qurani-Kərim yarışlarına bir hafiz və bir qari ezam edilmişdir.

İİR Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən ezam edilmiş Hindistanlı Quran hafizi Tehranın görmə qüsuru olanlar arasında 4-cü beynəlxalq Quran hifzi yarışlarına qatılıb. Seyid Nurul-Həqq adlı görmə qüsuru olan bu Quran hafizi yarışlarda 3-cü yeri qazanıb.  

İran İslam Respublikasının Hindistandakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə bu ölkədə 150 nəfərin iştirakı ilə 19-cu Quran yarışlarını təşkil etmiş, habelə Quran təlimçiləri üçün kurslar, Quran mövzusunda sərgi, İranlı qarilərin Hindistanda Quranla üns məclislərinin təşkili, yarışlara qari və hafizlərin göndərilməsi, iki ölkənin araşdırmaçıları və incəsənət adamları arasında əlaqələrin yaradılması kimi işlər görmüşdür.  

http://iqna.ir/fa/news/3804522

Ad:
E-poçt:
* Comment: