IQNA

15:43 - April 18, 2019
Xəbər sayı: 3485008
Pakistanın cənub-şərqindəki Bəluçistan əyalətində silahlı şəxslər  sərnişin avtobusuna hücum edib, 14 nəfər öldürüldüyü bildirilir. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın cənub-şərqindəki Bəluçistan əyalətində silahlı şəxslər  sərnişin avtobusuna hücum edib, 14 nəfər öldürüldüyü bildirilir. 
Maide.Az “AA”a istinadla xəbər verir ki,  Gvadar  polis rəisi müavini  Məhəmməd Vaseem mətbuata verdiyi açıqlamada bildirib ki, silahlı şəxslər Kəraçi şəhərindən Gvadar limanına gedən sərnişin avtobusunu dayandırıb və sərnişinlərə atəş açıb.  
Onun sözlərinə görə,  silahlı şəxslər sərnişinlərin kimliyini yoxlayıb və 14 nəfəri vuraraq öldürüb. 
Polis hazırda hadisə yerindədir və  faktla bağlı cinayət işi açılıb, istintaq davam edir. 
Pakistan baş naziri İmran Xan bu hadisəni “Pis terror hərəkəti” adlandırıb və pisləyib.  Terror nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib. 
Teqlər: iqna ، pakistan ، avtobusa hücum
Ad:
E-poçt:
* Comment: