IQNA

13:14 - April 20, 2019
Xəbər sayı: 3485014
Qırğızıstanın ilk Azan yarışlarının 2018-ci ilin Noyabr ayında keçirilən ilkin mərhələsində 500 nəfər iştirak etmişdi. İlkin mərhələdə iştirak edənlərdən 27 nəfəri final mərhələsinə vəsiqə qazanmışdı.

Qırğızıstanda ilk dəfə AZAN yarışı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qırğızıstanda ilk dəfə ölkə üzrə milli Azan yarışları keçirilir.

Bu Azan yarışlarının final mərhələsi Qırğızıstanın Müftilər İdarəsinin təşəbbüsü ilə Aprel ayının 27-də keçiriləcək.  

Qırğızıstanın ilk Azan yarışlarının 2018-ci ilin Noyabr ayında keçirilən ilkin mərhələsində 500 nəfər iştirak etmişdi. İlkin mərhələdə iştirak edənlərdən 27 nəfəri final mərhələsinə vəsiqə qazanmışdı.  

Azan yarışlarının final mərhələsinin qalibi müqəddəs Ümrə (müstəhəb Həcc) ziyarəti ilə mükafatlandırılacaq.

Qeyd edək ki, Orta Asiya ölkələrindən olan Qırğızıstanın paytaxtı Bişkek şəhəridir. Bu ölkənin əhalisinin 80 faizini müsəlmanlar və 18 faizini Rus Ortodokos Kilsəsinin davamçıları təşkil edir.  

http://iqna.ir/fa/news/3805102

Ad:
E-poçt:
* Comment: