IQNA

7:23 - April 30, 2019
Xəbər sayı: 3485059
London İslami İnsan Haqları Komissiyasının rəisi hesab edir ki, nüfuzlu şiə ruhanisinin 4 il həbsdə saxlanılması nəticəsizdir və Nigeriya dövlətinin tək seçimi onu azadlığa buraxmaqdır.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya məhkəməsi Şeyx Zəkzakinin səhhəti ilə bağlı yaranmış problemə görə və şiələrin aylarla davamlı aksiyalarının təzyiqi altında həkimlərin onun sağlamlığı ilə maraqlanması barədə rəy verib. Nigeriya dövləti də məhkəmənin rəyi və şiələrin aksiyaları qarşısında məcbur olaraq bir qrup həkimin onunla görüşməsinə, Şeyxin və xanımının səhhətini yoxlamasına razı olub.

Məsud Şəcərinin (London İslami İnsan Haqları Komissiyasının rəisi) səyləri ilə keçən həftə bir qrup həkim Şeyx Zəkzaki ilə görüşüblər və hazırda onun sağlamlığını nəzarətdə saxlayırlar.    

London İslami İnsan Haqları Komissiyasının rəisi və həkimlər qrupunu Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki ilə görüşdürmə koordinatoru hesab edir ki, şiə ruhanisinin 4 il həbsdə saxlanılması nəticəsizdir və Nigeriya dövlətinin tək seçimi onu azadlığa buraxmaqdır.  

آزادی شیخ زکزاکی، تنها گزینه دولت نیجریه / آماده

Məsud Şəcərə İQNA ilə müsahibəsində dedi: Şeyx İbrahim Zəkzakinin sağlamlığını nəzarətə götürən həkimlər bir neçə ölkədən, o cümlədən Hindistan və Tanzaniyadan Nigeriyaya gəliblər. Onlar ürək, göz və ortopediya mütəxəssisləridirlər. Onların Şeyx ilə görüşməsini düzənləmək üçün ay yarım vaxt sərf etdik.

London İslami İnsan Haqları Komissiyasının rəisi əlavə etdi: Nigeriyanın Ali Məhkəməsi Şeyxin azadlığa buraxılması barədə çoxdan hökm vermişdir və buna rəğmən onun həbsdə saxlanılması qeyri-qanunidir. Şeyxin həbsdə qalması onun sağlamlıq durumu ilə məşğul olmağı çətinləşdirir. Xüsusilə Nigeriya kimi bir ölkədə ki, tibbi təchizat imkanları çox aşağıdır. Hətta bu ölkənin dövlət rəsmiləri də müalicə üçün xaricə üz tuturlar. Buna görə də Şeyx müalicə kursunu tamamlamaq üçün azadlığa buraxılmalıdır və həmçinin müalicə üçün münasib bir ölkəyə aparılmalıdır.

آزادی شیخ زکزاکی، تنها گزینه دولت نیجریه / آماده

Şeyxin və xanımı Müəllimə Zeynəbin sağlamlıq durumu barədə danışan Məsud Şəcərə vurğuladı: Şeyx bir gözünü itirmişdir, digər gözü də təcili müalicə edilməlidir. Ürəyi də xəstədir və müalicə olunmalıdır. Şeyxin xanımının dizi də ciddi zədə alıb, hətta bir neçə addım da yeriyə bilmir. Bədənində güllə qəlpəsi var. Onların sağlamlıq durumu barədə yaxın günlərdə daha dəqiq məlumat verəcəyik. Üç gündür ki, Şeyxi və xanımını müxtəlif müalicə və diaqnostika mərkəzlərinə yoxlanış üçün aparırıq.

آزادی شیخ زکزاکی، تنها گزینه دولت نیجریه / آماده

London İslami İnsan Haqları Komissiyasının rəisi yeni dövlətin siyasəti barədə danışaraq dedi: Bu dövlətin də öncəki ilə siyasətləri eynidir. Şeyxin azadlıq hökmü verilib, amma riayət olunmur. Məhkəmə iki ay öncə Şeyxin sağlamlığı ilə maraqlanılması üçün həkimlərin onun yanına buraxılmasını tələb etəsə də dövlət məsələni ciddiyə almadı. Buna görə də London İslami İnsan Haqları Komissiyası bu işi reallaşdırmaq üçün hərəkətə keçdi. Daxili və xarici təzyiqlər ilə bu işi həyata keçirə bildik. Nigeriyada hər gün Şeyxin himayədarları minlərlə insanın iştirakı ilə geniş və izdihamlı aksiyalar təşkil edirlər. Buna görə də Şeyxin dörd illik həbsdə saxlanılması nəticəsizdir və dövlətin onu azad etməkdən başqa bir seçimi yoxdur.

آزادی شیخ زکزاکی، تنها گزینه دولت نیجریه / آماده

Məsuc Şəcərə vurğuladı: İslam İnqilabının Ali Rəhbəri onu "təqribçi şeyx" adlandırıb. Şeyx Zəkzaki sülhtələbdir və zorakılığa qarşı bir şəxsiyyətdir. Əgər o olmasaydı Nigeriyada qan su yerinə axardı. Baxsaz, onun tərəfdarları arasında müsəlman olmayanlar da çoxdur. Və bu göstərir ki, Şeyx müsəlmanların və şiələrin fövqündə bir rəhbərdir. Hazırda Nigeriya İslam Hərəkatının rəhbərliyi onun nəzarəti altındadır. O, boş əl ilə 15 milyonluq bir təşkilatı idarə edir. Hər həftə minlərlə insan paytaxtda aksiya keçirirlər. Bu aksiyalarda səksəndən çox insan həyatını itirmişdir, çox sayda insan yaralanmışdır. Buna rəğmən onlar meydana çıxır və rəhbərlərini himayə edirlər.    

 http://iqna.ir/fa/news/3806996

 

Teqlər: iqna ، nigeriya ، zəkzaki
Ad:
E-poçt:
* Comment: