IQNA

Lavrov və Pompeo arasında yaxın zamanda görüş ola bilər

13:22 - May 03, 2019
Xəbər sayı: 3485077
ABŞ Dövlət Katibi Mayk Pompeo yaxın zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşə bilər. Bu barədə Amerika Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi məlumat verib.
ABŞ Dövlət Katibi Mayk Pompeo yaxın zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşə bilər.
Maide.Az xəbər verir ki, bunu Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi deyib.
Onun sözlərinə görə, tərəflər mayın 6-sı Finalandiyanın Rovaniyemi şəhərində keçiriləcək Arktik Şuranın nazirlər görüşü çərçivəsində görüşə bilərlər: "O (S.Lavrov), orada olacaq. Mən gözləyirəm ki, dövlət katibinin onunla görüşmək imkanı olacaq".
Nümayəndə qeyd edib ki, onların görüşmək və müzakirə etmək istədikləri məsələləri müzakirə etmək imkanları olacaq: "Fikirləşirəm ki, müzakirələrin bir hissəsidə Venesuela olacaq".
captcha