IQNA

"İran və Azərbaycanın mədəni keçmişini cavanlara tanıtdırmaq zəruridir"

18:55 - May 03, 2019
Xəbər sayı: 3485080
İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman Bakıya səfəri çərçivəsində Azərbaycanın Dini İşlər Üzrə Komitə rəisi Mübariz Qurbanlı ilə görüşüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman bu gün, həftənin Cümə günü, 3 May 2019-cu il Azərbaycan respublikasının paytaxtı Bakıda səfərdə olub.

İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman Bakıya səfəri çərçivəsində Azərbaycanın Dini İşlər Üzrə Komitə rəisi Mübariz Qurbanlı ilə görüşüb.

İİR Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Əsğər Farsinin iştirakı ilə keçirilən bu görüşdə tərəflər İslam dünyasının birliyi, vəhdəti və iki ölkə arasında ikitərəfli həmkarlıqlar və mədəni əlaqələrin genişləndirilməsi barədə danışıblar.

Azərbaycanın Dini İşlər Üzrə Komitə rəisi Mübariz Qurbanlı bu görüşdə vurğulayıb: "İran və Azərbaycanın müştərək mədəni keçmişini müasir nəslə və cavanlara tanıtdırmaq zəruridir."

İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman görüş zamanı iki ölkənin mədəni, tarixi və dil müştərkliyinə işarə edərək deyib: Bizim aramızda olan müştərək dəyərlərin dünyada oxşarı yoxdur. Və bu amillər iki ölkəni bir-birinə birləşdirən əsas ünsürlərdir. Həmçinin bu məsələ iki ölkə arasında müxtəlif sahələrdə həmkarlıq üçün münasib şərait yaradıb.

O əlavə edib: İslam ümmətinin birliyinin qarşısını alan əsas amil xalqlar arasında ixtilaf yaratmaqdır. Vəhdət İslam ümməti üçün zəruri bir məsələdir və Quranın mühüm göstərişidir. Bizim müqəddəs kitabımızın əsas hədəfi dünyada sülh və qardaşılığın yayılmasıdır.

Qeyd edək ki, İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman Bakıya Azərbaycanın Mədəniyyət Naziri Əbulfəz Qarayevin dəvəti ilə gedib. O, Bakıda keçirilən 5-ci beynəlxalq mədəniyyətlərin dialoqu konfransında iştirak edəcək.

http://iqna.ir/fa/news/3808395

Teqlər: iqna ، bakı ، iran ، mədəniyyət
captcha