IQNA

Avropa İran əleyhinə sanksiyaların kəskinləşməsinə reaksiya verib

10:33 - May 05, 2019
Xəbər sayı: 3485088
Avropa Birliyi (AB) ABŞ tərəfindən İran İslam Respublikasının neft satışı və nüvə enerjisi əleyhinə qoyulan sanksiyaların kəskinləşməsinə qarşı bəyaniyyə yayaraq Amerikanın bu addımını məhkum edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "elnashra" informasiya portalına istinadla verdiyi xəbərə görə, Avropa Birliyi (AB) ABŞ tərəfindən İran İslam Respublikasının əleyhinə qoyulan sanksiyaların kəskinləşməsinə qarşı bəyaniyyə yayaraq Amerikanın bu addımını məhkum edib.

Avropa Birliyi (AB) ABŞ tərəfindən İran İslam Respublikasının nüvə enerjisi proqramı əleyhinə yeni sanksiyaların elan edilməsini pisləyərək bu barədə nigaran olduğunu bildirib.

Avropa Birliyinin (AB) xarici siyasət bölməsinin məsulu Federica Maria Mogherini, Fransa Xarici İşlər Naziri, Almaniya və İngiltərə müştərək bəyaniyyə yayaraq Amerika tərəfindən İran İslam Respublikası ilə neft alverinə qarşı qoyulan sanksiyaların götürülməməsi və yeni sanksiyaların tətbiqinə, habelə  Birgə Kompleks Fəaliyyət Planının ( Joint Comprehensive Plan of Action) icra edilməməsinə etiraz ediblər.  

http://iqna.ir/fa/news/3808750/

Teqlər: AB ، ، bmt ، abş ، avropa ، İİr ، iran ، nüvə enerjisi
captcha