IQNA

Qətərdə "Katara Mükafatı Quran Hifzi Yarışları" başlayıb

13:05 - May 15, 2019
Xəbər sayı: 3485139
Bu yarışlar Quranın müxtəlif surələrinin və hədislərin hifzi, namaz və dəstəmaz təlimi, Peyğəmbərlərin (s) dastanları, Peyğəmbərin (s) sirəsi və İslami əxlaq ixtisasları üzrə keçirilir.     

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərin 8-ci "Katara Mükafatı-2019" Qurani-Kərimin Hifzi Yarışları keçən həftənin bazar günü, 12 May 2019-cu il, öz işinə başlayıb.  

Bu yarışlar 11-13 yaşlı uşaqlar üçün keçirilir. Yarışlarda 30 oğlan uşağı və 20 qız uşağı olmaqla ümumilikdə 50 uşaq iştirak edir.

Yarışlarda iştirak edən oğlan uşaqları Kataranın Came məscidində və qız uşaqları "əz-Zəhəbi" məscidində hər gün saat 13:30-dan 3:00-dək rəqabətlərdə iştirak edirlər.

Qətərin 8-ci "Katara Mükafatı-2019" Qurani-Kərimin Hifzi Yarışları sabah, həftənin Cüməaxşamı günü, 16 May 2019-cu il, yekun mərasimi keçirməklə öz işini başa vuracaq.

Bu yarışlar Qurani-Kərimin müxtəlif surələrinin hifzi, Peyğəmbərin (s) hədislərinin əzbərlənməsi, namaz və dəstəmaz təlimi, Peyğəmbərlərin (s) dastanları, Peyğəmbərin (s) sirəsi və İslami əxlaq ixtisasları üzrə keçirilir.     

http://iqna.ir/fa/news/3811560

Teqlər: quran ، hədis ، hifz ، qətər
captcha