IQNA

Tehranın Quran sərgisində Azərbaycan pavilyonu

22:02 - May 17, 2019
Xəbər sayı: 3485144
"Əbədi Nur Müəssisəsi" 2005-ci ildə Azərbyacanın paytaxtı Bakı şəhərində təsis edilmişdir. Qurani-Kərim mövzularını və Əhli-Beytin (ə) sirəsi və maarifini işıqlandıran ilk müəssisədir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 27-ci beynəlxalq Qurani-Kərim sərgisində Azərbaycan respublikasının "Əbədi Nur Müəssisəsi"də iştirak edir.

"Əbədi Nur Müəssisəsi" 2005-ci ildə Azərbyacanın paytaxtı Bakı şəhərində təsis edilmişdir. Qurani-Kərim mövzularını və Əhli-Beytin (ə) sirəsi və maarifini işıqlandıran ilk müəssisədir.

Azərbaycan respublikasının pavilyonu sərigdə Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin köşkləri sırasında yerləşib. Bu pavilyonda "Əbədi Nur", "Tuba" və "Ümid" müəssisələri tərəfindən Azərbaycan türkcəsində yazılmış və nəşr edilmiş dini kitablar nümayiş edilir.

Pavilyonda "Əbədi Nur Müəssisəsi"nin Quran maarifi və Əhli-Beyt (ə) sirəsi mövzusunda hazırladığı digər kitablar və jurnallar ilə birlikdə uşaqlar üçün nəşr etdiyi dini ədəbiyyat da diqqəti cəlb edir.

Sərginin Azərbaycan pavilyonunda diqqət çəkən kitablardan biri də "Quran ziyafəti" kitabıdır ki, həmin kitabın bölmələrinin birində Misrin mərhum qarisi Rağib Mustafa Ğəlvəşin həyatından bəhs edilir.  

http://iqna.ir/fa/news/3812364

طلوع «نور ابدی» جمهوری آذربایجان در نمایشگاه قرآن

Teqlər: iqna ، azərbaycan ، pavilyon ، əbədi nur ، tuba ، ümid ، sərgi ، jurnal
captcha