IQNA

10:24 - May 18, 2019
Xəbər sayı: 3485146
İraqlı hüsnxətt ustadının kitabət etdiyi əlyazma Quran nüsxəsi İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 27-ci Qurani-Kərim sərgisində nümayiş edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqlı hüsnxətt ustadının kitabət etdiyi əlyazma Quran nüsxəsi İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 27-ci Qurani-Kərim sərgisində nümayiş edilib.

İraqın Quran Elmləri Milli Mərkəzinin ixtisaslaşdırılmış kitabxanasının məsulu Seyid Hüseyn Əli Məhəmməd Həsəni bu nüsxə barədə deyib: Bu əlyazma Müshəfi iraqlı incəsənətçi Hadi Dərraci 2010-cu ildə yazmağa başlayıb və 2018-ci ildə kitabəti yekunlaşdırıb. Müasir əlyazma Müshəfin açılış və təqdimat mərasimi Bağdadda keçirilib.

O əlavə edib: Burada (Tehranın beynəlxalq Quran sərgisinin İraq pavilyonu) həmin əlyazma Quranın iki tablosu nümayiş edilir.

Həsəni vurğulayıb: İraq Şiələrinin İslami Fondlar İdarəsinin nəzdində fəaliyyət göstərən Milli Quran Elmləri Mərkəzi bu nüsxəni Tehran və ya Londonda nəşr etmək fikrindədir.

İraqın Mədəniyyət Əlaqələri İdarəsinin sərgidəki pavilyonunda bu ölkənin üç tarixi məscidi barədə də tablolar nümayiş edilir.

Bunlardan biri Samerra şəhərinin Came məscididir. Bu məscid 852-ci ildə Abbasilər dövründə tikilmişdir.

Digər məscid isə Bəsrənin Came məscidinə aid tablodur. Mədindəki peyğəmbər məscidindən sonra İslam dünyasında ikinci tikilən bu məscid "İmam Əlinin (ə) qədəmi" məscidi kimi də məşhurdur.

Kufənin Səhlə məscidi və Hillənin "Rəddüş-Şəms" məqamı barədə nümayiş edilən tablolar İraq pavilyonunda sərgilənən digər dini və tarixi əsərlərdir.    

http://iqna.ir/fa/news/3812214

Teqlər: iqna ، tehran ، Quran sərgisi
Ad:
E-poçt:
* Comment: