IQNA

13:02 - May 18, 2019
Xəbər sayı: 3485147
Tunisdə on iki min qədim Quran nüsxəsi saxlanılır. Bu barədə Tehranın 27-ci beynəlxalq Qurani-Kərim sərgisində iştirak edən Tunis nümayəndəsi Xalid Tarudi deyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisdə on iki min qədim Quran nüsxəsi saxlanılır. Bu barədə Tehranın 27-ci beynəlxalq Qurani-Kərim sərgisində iştirak edən Xalid Tarudi deyib.

Tunisin "Zeytuniyyə universiteti"nin ustadı və Qeyrəvan İslami Araşdırmalar Mərkəzinin rəisi Xalid Tarudi sərgi çərçivəsində keçirilən "İslami təfəkkür və milli hökumət dəyişiklikləri" proqramında Qeyrəvanda Quran nüsxələrinin qədim zamandan kitabət edilməsi barədə deyib: Tunisdə bir çoxu Berlin və Paris muzeylərindən gətirilmiş 12 min qədim Quran nüsxəsi mövcuddur. Bu nüsxələrin çoxu Qeyrəvanın Quran təlimi mərkəzlərində Kufi xətti ilə yazılmışdır. Hazırda nüsxələrin üzərində təmir və bərpa işləri gedir.

Tarudi vurğulayıb: Qeyrəvanın xəttatlıq, hüsnxətt və kitabət metodu İranın xəttatlıq və hüsnxətt üslubunun təsiri altındadır. Hicrinin üçüncü əsrində Quranı müxtəlif xətt və hüsnxətt metodları ilə yazırdılar. Həmin dövrün Quran nüsxələri əsasən qadınlar tərəfindən yazılıb.

O əlavə edib: Qeyrəvanda Şamın Kufi xəttindən təsirlənmiş Quran nüsxələri də mövcuddur. Habelə Qeyrəvanda qızıl suyu və Fars xətti ilə yazılmış Quran nüsxələri də var. Bu nüsxələrin İrandan Tunis şahları üçün göndərildiyi ehtimal edilir.   

http://iqna.ir/fa/news/3812108

Teqlər: iqna ، sərgi ، tunis ، Quran nüsxəsi
Ad:
E-poçt:
* Comment: