IQNA

23:17 - May 18, 2019
Xəbər sayı: 3485149
İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 27-ci beynəlxalq Qurani-Kərim sərgisində Əfqanıstan dini müəssisələri də öz Quran məhsulları ilə iştirak edirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 27-ci beynəlxalq Qurani-Kərim sərgisində Əfqanıstan dini müəssisələri də öz Quran məhsulları ilə iştirak edirlər.

Əfqanıstan pavilyonunda Qurani-Kərim fəaliyyətləri məhsulları, İslami incəsənət və mədəniyyət əsərləri, hüsnxətt ustadlarının Qurani əsərləri nümayiş edilir və Quran qariləri tilavət edirlər, habelə xanımların Quran gecələri proqramları icra edilir.

Pavilyonda nümayiş edilən digər əsərlərdən İslami və Qurani məzmunlarla işlənmiş kağız goblenlər, ölkənin İslami tərənnüm edən bayrağı, Xacə Abdullah Ənsarinin risaləsi və "Hidayət Yolu" kitabına işarə etmək olar.

Əfqanıstan pavilyonu İranda yaşyan əfqan Quran qarilərini, tələbələri, yetim uşaqlar məktəbinin şagirdlərini proqramlara dəvət edir, "Əfqanıstan gecəsi" və "Əfqan qadınlar gecəsi" kimi proqramları icra edir.  

http://iqna.ir/fa/news/3812675

Teqlər: iqna ، tehran ، sərgi ، quran sərgisi
Ad:
E-poçt:
* Comment: