IQNA

9:45 - May 19, 2019
Xəbər sayı: 3485152
İki terrorçu ölkənin, Səudiyyə Ərəbistanı və ABŞ-ın təşkil etdiyi işğalçı, terrorist və təcavüzkar koalisiyanın Yəmənə etdikləri hücumlar nəticəsində bu ölkənin 1024 məscidi dağıdılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, iki terrorçu ölkənin, Səudiyyə Ərəbistanı və ABŞ-ın təşkil etdiyi işğalçı, terrorist və təcavüzkar koalisiyanın Yəmənə etdikləri hücumlar nəticəsində bu ölkənin 1024 məscidi dağıdılıb.

Bu barədə İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 27-ci beynəlxalq Quran sərgisinin ƏNSARULLAH təmsilçisi məlumat verib.

Yəmənin ƏNSARULLAH İslami Müqavimət Hərəkatının xarici əlaqələr məsulu Ədnan Qəflə həftənin Cümə günü (17 May 2019) sərginin "Yəmən Gecəsi" proqramında çıxış edərək dedi: iki terrorçu ölkənin, Səudiyyə Ərəbistanı və ABŞ-ın təşkil etdiyi işğalçı, terrorist və təcavüzkar koalisiyanın 5 il ərzində Yəmənə etdikləri hücumlar nəticəsində bu ölkənin 1024 məscidi tamamilə və ya qismən dağıdılıb.

O vurğuladı: Dağıdılan məscidlərin çoxu İslam tarixi boyunca Peyğəmbərin (s) səhabələri, tabeinlər, Əhli-Beyt (ə) imamları və müsəlmanlar tərəfindən qədimdə tikilən məscidlərdir. Bu məscidlərin məhv edilməsi, İslam tarixinin, İslam mədəniyyətinin və bu məsicdlərdə qorunan bir çox qədim Quran nüsxələrinin məhv edilməsidir.

ƏNSARULLAH İslami Müqavimət Hərəkatının xarici əlaqələr məsulu dedi: Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın Yəmənə hücum zamanı istifadə etdiyi silah-sursatın miqdarı 2-ci dünya müharibəsində istifadə edilən hərbi təchizatın miqdarını keçmişdir.

Ədnan Qəflə əlavə etdi: Bu cinayət bəşər tarixinin ən böyük cinayətidir. Amma bu cinayət Yəmən xalqını Quran və Əhli-Beytə (ə) daha da yaxın etdi. Biz, Yəmən xalqı, İslam və Əhli-Beyt (ə) maarifi və mədəniyyətini müdafiə etməyi özümüzə vəzifə bilirik.

Qəflə vurğuladı: Quran mübarək Ramazan ayında nazil olub ki, biz bu kitabın qanunlarını həyatımıza tətbiq edək. Amma insanlar bunu unudublar, Quran həyatımızdan kənara qovulub. Buna görə də düşmənlər bizdən daha güclü olub. Biz gərək Qurana əməl edək, Qurana əməl etməməyin cəzası xar və zəlil olmaqdır.  

http://iqna.ir/fa/news/3812578

Teqlər: yəmən ، terror ، Quran ، məscid
Ad:
E-poçt:
* Comment: