IQNA

12:54 - May 19, 2019
Xəbər sayı: 3485154
Mosul şəhərində bomba quraşdırılmış bir motorsikletin partladılması nəticəsində 2 nəfər xəsarət alıb.

Sahartv-nin bildirdiyinə görə, bu motorsiklet bazar günü axşam Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin qərbində yerləşən Əd-Dəvasə məntəqəsində partladılıb.

May ayının əvvəllərində də Mosul şəhərində oxşar terror aktı törədilmişdi. O zaman da partlayış nəticəsində 2 nəfər yaralanmışdı.

İŞİD terror qruplaşmasının İraqda məğlubiyyətə uğramasına baxmayaraq, bu terror qruplaşmasının qalıqları ölkənin müxtəlif məntəqələrində pərakəndə şəkildə terror aktları törətməkdə davam edirlər.

Teqlər: Mosul ، partlayış ، iqna ، Quran ، Neynəva
Ad:
E-poçt:
* Comment: